Bakı aeroportunda YANĞIN  - VİDEO
08 noyabr 2022 10:38 (UTC +04:00)

Bakı aeroportunda YANĞIN - VİDEO

Bakı Beynəlxalq Hava Limanında “Opel Astra” markalı maşın yanıb. 

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Ətrafdakılar alovlanan maşına müdaxilə etsələr də, nəqliyyat vasitəsini söndürməyə müvəffəq ola bilməyiblər. Yanğın yaxınlıqda olan “Mercedes-Benz”, “Hyundai” və “Mazda” markalı maşınlara da zərər vurub. 

Hadisə ilə bağlı AZAL da məlumat yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun qonşu avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

# 5073
avatar

Fidan İlqar

Oxşar yazılar