Bakıda 1 əsrdən çox yaşı olan körpü söküldü - VİDEO
16 mart 2020 16:41 (UTC +04:00)

Bakıda 1 əsrdən çox yaşı olan körpü söküldü - VİDEO

Dünəndən etibarən Bakının “28 may” küçəsində yerləşən və yaşı 1 əsrdən çox olan qatar körpüsünün sökülməsinə başlanılıb. Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin balansında olan körpünün söküntü işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir.

Söküntü işləri ilə bağlı Lent.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli körpünün istifadə olunmadığını və buna görə də sökülməsi əmrinin verildiyini deyib.

“Körpü dəmiryolu üçün əvvəllər istifadə olunurdu. Artıq həmin ərazidən qatarlar keçmədiyindən körpü öz əhəmiyyətini itirib. Köhnə və avtomobillərin hərəkətinə mane olduğu üçün Dəmiryolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsi haqda qərar qəbul olundu. Hazırda körpü və dayaqlarının söküntüsü tərəfimizdən həyata keçirilir”.

Deyilənə görə, sözügedən körpü 1892-ci ildə, Hacı Zeynəlabdin Tağıyevin vaxtında  tikilib və uzun müddət istifadə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6788
avatar

Mehman Nəbiyev

Oxşar yazılar