Türkiyədəki zəlzələdə itkin düşən uşaq  Hollandiyada tapıldı
31 may 2023 18:16 (UTC +04:00)

Türkiyədəki zəlzələdə itkin düşən uşaq Hollandiyada tapıldı

Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalan uşaq 3 aydan sonra Hollandiyada tapılıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları uşağı Hollandiyanın Maastrixt şəhərinin küçəsində tapıb. 

Onun və ailəsinin fevral ayında Türkiyədə baş verən zəlzələdə xəsarət aldığı məlum olub. Oğlan deyib ki, valideynləri hələ də dağıntılar altındadır. Uşaq sosial işçilərə təhvil verilib.

Onun Hollandiyaya necə getdiyi hələlik məlum deyil.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində son 80 ilin ən güclü zəlzələsi baş verib.


 

# 2409
avatar

Arzu Qurbanlı

Oxşar yazılar