Şokolad əvəzinə daş, gündə 120 zəng, 11 ölkədə səfir-UNUDULAN MƏTBUAT KATİBLƏRİ
10 dekabr 2021 18:01 (UTC +04:00)

Şokolad əvəzinə daş, gündə 120 zəng, 11 ölkədə səfir-UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir.

Layihəmizdə bu gün Xarici İşlər Nazirliyinin sabiq mətbuat katibi Elxan Poluxovdan bəhs edəcəyik.
 
Elxan Polux oğlu Poluxov 1971-ci ildə Gürcüstan SSR-in Marneuli rayonunun Sadaxlı kəndində anadan olub.
Onun tələbəlik illəri 1987-1992-ci illərdə Sankt-Peterburqda keçib. Elxan Poluxov Sankt-Peterburq Universitetinin Tarix fakültəsini bitirib. 1992-ci ildə Qərb universitetində, 2004-cü ildə isə Xarici İşlər Nazirliyində işləməyə başlayıb. Daha sonra isə Azərbaycanın  Gürcüstandakı səfirliyində üçüncü, ikinci və birinci katib vəzifələrini icra edib.

10 yanvar 2009-cu ildə isə sabiq xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən Nazirliyin Mətbuat Xidmətinin rəhbəri təyin olunub. Elxan Poluxov 2011-ci ildə mətbuat katibliyindən azad edilib və Cənubi Afrika Respublikasına səfir göndərilib. O, eyni Mozambik, Anqola, Zimbabve, Esvatinidə də səfir vəzifəsini icra edib.
Elxan Poluxov müsahibələrinin birində öz həyatı ilə bağlı maraqlı məqamlara toxunub. O bildirib ki, valideynlərim həkim idi. Yanlarına xəstə gələndə, sovetin adəti ilə bir qutu konfet də gətirərdilər:

“Həmişə soyuducunun üstündə 5-10 konfet qutusu yığılıb qalırdı. Mən də şirniyyatı xoşlayırdım. Evdə deyirdilər ki, ziyandır, bu qədər şirin yemək olmaz. Amma o qədər sevirdim ki, peşəkarlıqla oğurlayırdım. Yerinə də daş doldururdum ki, çəki dəyişməsin. Heç kim bilmirdi ki, bu, yeyilib. Hətta bir neçə dəfə valideynlərim həmin qutuları hədiyyə də aparıblarmış”.
Həmin müsahibədə “Qızlara məktub yazırdınız? sualına isə belə cavab verib:
“Əlim gəlməyib. Daha çox danışmağı xoşlamışam. Belə məsələdə çalışıram üz üzü, göz gözü görsün”.

Mətbuat katibliyi dövründən Lent.az-a danışan Elxan Poluxov bildirir ki, o dövrdə xatırladığı ən maraqlı hadisə iki telefonunun olmasıdır:

“Mətbuat katibliyi dövründə ən maraqlı, yadımda qalan iki telefon işlətməyim idi. Hər zaman da üzərimdə əlavə iki dənə doldurulmuş batareya gəzdirirdim, çünki günə 100-120 zəng qəbul edirdim. Biz gecə-gündüz işləməli olurduq. Azərbaycanda jurnalistlərin iş vaxtı bitəndə digər ölkələr üçün başlayırdı. Gecələr Amerikadan, İngiltərədən zənglər gələndə, biz onlara deyə bilmirdik ki, iş vaxtı bitib”.

Poluxovunn sözlərinə görə, mətbuat katibi olanda hamı onu tanıyıb və bütün idarələrdə növbədə ona hörmət ediblər, işlərini tez həll etməsi üçün şərait yaradıblar.
2017-ci ildən isə o, Braziliya, Surinam, Qayana, Ekvador, Trinidad və Tobaqodakı səfirdir.
Ailəlidir, 2 övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12801
avatar

Aytəkin Cəlali

Oxşar yazılar