Bu şəhərdə məşhur serialın səhvini  edənlər CƏRİMƏLƏNƏCƏK
28 oktyabr 2024 16:40 (UTC +04:00)

Bu şəhərdə məşhur serialın səhvini edənlər CƏRİMƏLƏNƏCƏK

Məşhur "Netflix" serialı "Emily in Paris"in pərəstişkarlarına xəbərdarlıq edilib. Belə ki, serialın 4-cü mövsümü İtaliyanın paytaxtı Romada çəkilib. Pərəstişkarlar serialda olan bəzi epizodları təkrarlamağa çalışır. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 15 ildir İtaliya paytaxtında turistlərə bələdçilik edən peşəkar bələdçi Dino Markiotta xəbərdarlıq edib. 

Onun sözlərinə görə, pərəstişkarlar Romada serialın qəhrəmanının buraxdığı məşhur səhvi təkrarlayırlar:

"Xüsusilə, bir səhnədə baş qəhrəman və onun italyan sevgilisi şəhərin ən məşhur görməli yerlərindən biri olan İspan pilləkənlərində (La Scalinata di Trinità dei Monti) otururlar. Lakin 2019-cu ildən etibarən 18-ci əsrə aid bu pilləkəndən oturma sahəsi kimi istifadə etmək qeyri-qanunidir. Qadağanı pozanlar 250 avrodan 400 avroya qədər cərimə ilə üzləşirlər". 

Qeyd edək ki, 2024-cü ildə də İtaliya hakimiyyəti ölkənin mədəni irsinə dəyən ziyana görə cərimələri əhəmiyyətli dərəcədə artırıb .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

Fidan İlqar

Oxşar yazılar