Avropanın iki turizm ölkəsində  təhlükəli virus aşkarlandı
10 iyul 2024 17:43 (UTC +04:00)

Avropanın iki turizm ölkəsində təhlükəli virus aşkarlandı

Avropanın ən məşhur turist ölkələri sırasında olan İtaliya və İspaniyada təhlükəli virus - Qərbi Nil qızdırması qeydə alınıb. 

Lent.az xəbər verir ki, bu barədə “Manchester Evening News” portalı məlumat yazıb.

Həkimlər bu vəziyyətdən çox narahatdırlar. Çünki yerli infeksiya hallarını qeydə alıblar, yəni virus tropik ölkələrdən Avropaya gətirilməyib. Ağcaqanad dişləməsi ilə keçən Qərbi Nil qızdırması Sevilyada (İspaniya) 1 nəfər, həmçinin Modenada (İtaliya) 1 nəfər yoluxma halı qeydə alınıb. İtaliyanın Kyeti əyalətində də yoluxmuş ağcaqanadlar aşkar edilib.

Virus  bədəndə qızdırma, səpgi və zəiflik, qusmaya səbəb olur. Xəstəliyin ağır vəziyyətlərində konvulsiyalar və hətta iflic baş verə bilər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3978
avatar

Sevinc Fərid

Oxşar yazılar