118,5 turist:  Dünyanın ən çox izdihamlı şəhərləri
28 oktyabr 2024 09:59 (UTC +04:00)

118,5 turist: Dünyanın ən çox izdihamlı şəhərləri

Overturizm uzun müddətdir ki, dünyanın ən məşhur turistik yerləri üçün böyük problem olub. Məsələn, İspaniyada bu, artıq turistlərə qarşı kütləvi etirazlara, eləcə də müxtəlif məhdudiyyətlərə gətirib çıxarıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni araşdırma yüzə yaxın ən populyar şəhərlərdə yerli sakinə düşən turist sayını təhlil edərək 2024-cü ildə ən çox izdihamlı turizm istiqamətlərini müəyyənləşdirib.

Bu siyahıya başçılıq edən Taylandın eyniadlı adasındakı Phuket şəhəri hər sakinə orta hesabla 118,5 turist düşməklə nəinki ölkənin, hətta dünyanın ən məşhur çimərlik məkanlarından biridir. Üstəlik, dünyanın ən çox izdihamlı şəhərləri üçlüyünü Taylandın istiqamətləri təşkil edib - ikinci yeri kurort şəhəri Pattaya (hər yerliyə 98,7 turist), üçüncü yeri isə Krabi əyaləti (hər yerliyə 72,2 turist) tutub.

Dünyanın ən turistik 10 şəhəri:

Phuket, Tayland (hər yerli turistə 118,5 turist)

Pattaya, Tayland (98,7-ə bir)

Krabi, Tayland (72,2-ə bir)

Muğla, Türkiyə (birə 40,2)

Hurghada, Misir (28,2-ə bir)

Makao, Çin (birə 26,9)

Heraklion, Yunanıstan (birə 22)

Venesiya, İtaliya (21,3-ə bir)

Rodos, Yunanıstan (birə 20,3)

Mayami, ABŞ (18,6-dan bir)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504
avatar

Fidan İlqar

Oxşar yazılar