Yerlə toqquşa biləcək  təhlükəli asteroid aşkarlandı 
30 may 2023 12:09 (UTC +04:00)

Yerlə toqquşa biləcək təhlükəli asteroid aşkarlandı 

Astronomlar Yerlə toqquşa biləcək təhlükəli asteroid aşkar ediblər. 

Lent.az “NASA”ya istinadən bildirir ki, bu, 2046-cı il fevralın 14-də baş verə bilər.

Yeni göy cisminə “2023 DW” adı verilib.  

“Biz “2023 DW” adlı yeni asteroidin monitorinqini aparırıq və bu asteroidin 2046-cı ildə Yerə təsir etmə ehtimalı azdır. Bir qayda olaraq, yeni obyektlərin ilkin kəşfi zamanı qeyri-müəyyənlik dərəcəsini azaltmaq və gələcək illər üçün onların orbitinə dair adekvat proqnozlar əldə etmək üçün bir neçə həftəlik müşahidələr tələb olunur”, - alimlər qeyd ediblər.

Hazırda məlumdur ki, asteroidin diametri təxminən 50 metrdir və onun 2046-cı il fevralın 14-də, simvolik Sevgililər Günündə Yerlə toqquşma ehtimalı var.

NASA hazırda belə bir toqquşma ehtimalını "çox aşağı" kimi qiymətləndirir. Lakin bu nəticələr yekun deyil, çünki bu obyektin tədqiqi hələ də davam edir.

"Orbital mütəxəssislər 2023 DW asteroidinin monitorinqini davam etdirəcək və yeni məlumatlar əldə edildikdən sonra proqnozları yeniləyəcəklər", - kosmik agentliyi əlavə edib.

NASA-dan olan astronomlar diametri 140 metrdən çox olan və yaxınlaşma zamanı Yerdən minimum məsafə 7,5 milyon kilometrdən az olan asteroidləri "potensial təhlükəli" asteroidlər kimi təsvir edirlər.

Bu cür kosmik obyektlər hər hansı bir mümkün təhlükənin qarşısını almaq üçün diqqətlə izlənilir. Çünki onların trayektoriyası planetə hər yaxınlaşdıqca dəyişir. 

# 2364
avatar

Sevinc Fərid

Oxşar yazılar