"Xiaomi"də batareyanı boşaldan  parametr
04 aprel 2026 16:07 (UTC +04:00)

"Xiaomi"də batareyanı boşaldan parametr

0

Xiaomi, Redmi və POCO istifadəçiləri tez-tez eyni problemdən şikayət edir. Onlar bildirirlər ki, telefon istifadə olunmadığı halda belə, batareya sürətlə azalır.

Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə bunun əsas səbəbi batareya deyil, sistemdə arxa planda işləyən tətbiqlərdir.

Problem avto başlanğıc funksiyasındadır

HyperOS və əvvəlki MIUI sistemlərində avto başlanğıc tətbiqlər (Autostart) adlı funksiya mövcuddur. Bu funksiya tətbiqlərə telefon açılan kimi və ya arxa planda avtomatik işləməyə imkan verir.

Əsasən bu, messencerlər üçün faydalıdır. Bildirişlərin vaxtında gəlməsi və məlumatların sinxronizasiyası üçün. Lakin bütün tətbiqlərə bu icazə verildikdə problem yaranır.

Çünki tətbiqlər daim arxa planda aktiv qalır, sistem resurslarını istifadə edir, batareyanı sürətlə boşaldır. Mütəxəssislərin sözlərinə görə, bu funksiyanın düzgün tənzimlənməsi telefonun gözləmə rejimində işləmə müddətini əhəmiyyətli dərəcədə artırır.

Avto başlanğıcı necə söndürmək olar?

Aşağıdakı addımları izləyin:

1. Parametrlər (Settings) bölməsinə daxil olun;

2. Tətbiqlər(Apps) bölməsini seçin;

3. İcazələr (Permissions) bölməsinə keçin;

4. Avto başlanğıc (Autostart) seçimini açın;

5. Siyahıdakı tətbiqləri yoxlayın və lazımsız olanları deaktiv edin.

Hansı tətbiqləri aktiv saxlamaq lazımdır?

Ekspertlər tövsiyə edir ki, "WhatsApp" kimi messencerlər aktiv qala bilər, sosial şəbəkələr, oyunlar və alış-veriş tətbiqləri deaktiv edilməlidir. Qeyd olunur ki, sistem yeniləmələrindən sonra bu funksiya bəzən yenidən aktivləşə bilər. Buna görə yeniləmədən sonra ayarları yoxlamaq vacibdir.

Batareyanı qorumaq üçün əlavə məsləhətlər

Always On Display (AOD) funksiyasını söndürün və ya vaxt təyin edin, OLED ekranlı modellərdə qaranlıq rejimi aktiv edin, batareya az olduqda ekranın yenilənmə tezliyini 60 Hz-ə endirin.

Telefonun tez boşalmasının səbəbi çox vaxt görünməyən sistem ayarları olur. Sadə bir dəyişiklik, avto başlanğıcın deaktiv edilməsi batareyanın ömrünü xeyli uzada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar