Meta şirkəti “WhatsApp”ı artıq “iPad” hesablarla əlaqələndirməyə imkan verəcək.
Lent.az “WABetaInfo” portalına istinadən xəbər verir ki, “WhatsApp” messencerində “iPad” planşelərini xidmət hesablarına bağlamaq mümkün olacaq.
Məlumata görə, “iPad” qoşulmuş cihaz kimi tanınacaq. Mütəxəssislər həmçinin “WhatsApp”ın “iPad” ilə uyğun olacaq proqram buraxa biləcəyini də təklif ediblər.
Androidlər üçün “WhatsApp”da “iPad”i ikinci dərəcəli cihaz kimi bağlamaq imkanı hələ ki sınaq mərhələsindədir və gələcək proqram yeniləməsində beta testerlərə təqdim olunacaq. Funksiyanın bütün istifadəçilər üçün tam olaraq nə vaxt əlçatan olacağı hələlik məlum deyil.