“WhatsApp” spam zənglərindən qorunma  funksiyasını təqdim etdi
20 iyun 2023 19:36 (UTC +04:00)

“WhatsApp” spam zənglərindən qorunma funksiyasını təqdim etdi

“WhatsApp” istifadəçiləri spam zənglərdən qoruyan yeni funksiyasını təqdim edib. 

Lent.az xəbər verir ki, bu barədə “Meta” şirkəti özü məlumat yayıb. 

 “İndi siz WhatsApp-da naməlum kontaktlardan gələn zəngləri avtomatik olaraq susdura biləcəksiniz. Bu, istifadəçilər üçün daha çox məxfiliyə imkan verir və onlara messencerdəki işə nəzarət etmək üçün yeni imkanlar verir”, - Zukerberq bildirib.

Zukerberqin sözlərinə görə, messencerin parametrlərində yeni funksiyanı aktivləşdirmək mümkündür. Burada “Məxfilik” bölməsinə keçib “Zənglər” bəndini seçmək, sonra isə “Naməlum nömrələri səssizləşdirmək” seçiminin yanındakı slayderə toxunmaq lazımdır .

Qeyd edək ki, bu funksiyanın sınaqdan keçirilməsi barədə hələ bu ilin martında məlumat verilmişdi. 

Naməlum nömrədən istifadəçiyə zəng edən şəxs onun zənginin görünməməsi və ya eşidilməməsi barədə heç bir bildiriş almayacaq. O, zəng səslərini eşidəcək. 

Funksiyanı aktivləşdirən istifadəçi naməlum abunəçinin potensial təhlükəli zənglər haqqında belə bilməyəcək. Lakin o, naməlum nömrələrdən gələn buraxılmış zənglərin tarixçəsinə baxa biləcək. Əgər buraxılmış zəngin onun üçün təhlükə yaratmadığına qərar verərsə və ya zəng edildiyi nömrəni bilsə, geri zəng etmək imkanı yaradacaq.
 

# 2334
avatar

Sevinc Fərid

Oxşar yazılar