Titan sualtı qayığının ortağı yeni hədəfini açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Titanik” gəmisinin qəzaya uğraması və 5 nəfərin ölümü şirkətin müxtəlif fikirlərlə çıxış etməsinə səbəb olub.
"OceanGate Expeditions"ın həmtəsisçisi Guillermo Söhnlein indi Venera üçün qollarını çırmalayıb. Onun bu hədəfi üçün min sərnişini var.
İyunun 18-də baş vermiş təbii fəlakətdə sonra şirkət batan "Titanik" gəmisinə səyahət layihəsini dayandırıb. Lakin "OceanGate Explorations"ın həmtəsisçisi Guillermo Söhnleinin yeni səyahət ideyaları olduğunu irəli sürüb.
Söhnlein sosial mediada "Humans2Venus" adlı yeni marşrutunu paylaşıb və bunu Venera atmosferində daimi insan varlığı yaratmağa yönəlmiş şəxsi təşəbbüs kimi təsvir edib. Söhnleinin yeni layihəsi 2050-ci ilə qədər Venera atmosferində 1000 nəfərin yaşamasını hədəfləyir. Venera planeti yüksək temperaturu, karbon qazı ilə dolu atmosferi və sulfat turşusu yağışı ilə tanınır. Buna baxmayaraq, Söhnlein hesab edir ki, düzgün yanaşma ilə planetdə potensial üzən koloniya yaradıla bilər.
"OceanGate-i unudun. Titanı unudun. Stocktonu unudun. Bəşəriyyət böyük bir irəliləyişin astanasında ola bilər", - Söhnlein deyib.