Süni intellekt sistemlərinin istifadəçilərin göstərişlərinə məhəl qoymaması, aldadıcı davranması və zərərli məqsədlərə yönəlməsi ilə bağlı qeydə alınan hadisələrin sayı kəskin artıb.
Lent.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Loss of Control Observatory-nin araşdırmasına görə, iyul ayında belə hadisələrin sayı 300-dən çox olub. Bu göstərici iyun ayı ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Tədqiqatçılar bunun mütləq süni intellektin “öz iradəsinə sahib olması” anlamına gəlmədiyini vurğulayırlar. Lakin sistemlərin daha mürəkkəb və müstəqil tapşırıqlar yerinə yetirməyə başlaması onların nəzarətdə saxlanması məsələsini daha da aktuallaşdırır.