Cənubi Koreya texnologiya nəhəngi “Samsung” bir neçə yeni cihazını təqdim edəcək.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bunlara “ağıllı üzüklər”, eləcə də “ağıllı saatlar və smartfonlar” aiddir.
Daha əvvəl də şirkət “ağıllı üzüklər” cihazlarının istifadəyə veriləcəyi ilə bağlı məlumat yaymışdı. Bildirilir ki, bu üzüklərdən bank, avtobus və digər kart növləri kimi istifadə edilə biləcək.
Onun təqdim ediləcəyi vaxt dəqiq məlum deyil.