Rentgen şüaları belə kəşf edildi
04 avqust 2023 07:57 (UTC +04:00)

Rentgen şüaları belə kəşf edildi

1895-ci ildə alman fizik Vilhelm Rentgen ani bir maraqla əlini elektron-şüa bo­rusunun önünə qoyub.

Lent.az xəbər verir ki, alim əlinin şəklini fotoqrafiya lövhəsində gö­rüb. Demək olar ki, hər bir sümük aydın görünüb. Beləliklə, Vilhelm Rentgen yeni bir metodu kəşf edib.

Rentgen şüaları gözlə görünmür. Onları yalnız göstərdikləri təsirlə müəy­yən etmək olur. Rentgen şüaları me­tal və qeyri-metaldan, üzvi maddədən keçə bilir. Bu səbəbdən rentgen şüaları tibbdə, texnikada istifadə olunur. Rent­gen şüaları atomun, molekulun, kris­talların quruluşunu öyrənməyə imkan verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5142
avatar

Oxşar yazılar