Rusiyada 29 mindən çox “Kia Sportage” avtomobili ABS/ESC blokunda elektrik problemini aradan qaldırmaq üçün Kia Rusiya və MDB tərəfindən geri çağırılır.
Lent.az yerli mediaya istinadla bildirir ki, qısaqapanma nəticəsində mühərrik hissəsində yanğın baş verə bilər ki, bu da cərəyanın kəskin artmasına səbəb olacaq. Bu problem 2014-2016-cı illərdə istehsal olunan avtomobillərə aiddir.
“Rosstandart” qeyd edib ki, ABS multi-qoruyucu və qoruyucu qutu qapağının dəyişdirilməsi avtomobil sahibləri üçün pulsuz olacaq. Agentlik sahiblərinin dilerlərlə əlaqə saxlamalı olduğu avtomobillərin VIN kodlarının siyahısını dərc edib.