Mikrodalğalı soba belə kəşf olunub
04 avqust 2023 01:06 (UTC +04:00)

Mikrodalğalı soba belə kəşf olunub

Bütün elmi kəşflər uzun təcrübələrdən və yorucu düşüncələrdən sonra əldə edil­məyib. Bəzən tədqiqatçılar fərqli, gözlənilməz nəticələr qazanıblar. 

Lent.az xəbər verir, 1669-cu ildə Hamburq kimyagəri Hennig Brand fəlsəfə da­şının axtarışı zamanı ağ fosfor kəşf edib. Mikrodalğalı soba da təsadüfün nəticəsidir. “Raytheon Corporation”un mühəndisi Persi Spenser 1945-ci ildə radar layihəsi üzərində işləyərkən maqnetronu sınaqdan keçirib. Bu za­man cibindəki şokoladın əridiyini mü­şahidə edib. Beləliklə, Persi Spenser mikrodalğalı radiasiyanın qidaları qız­dıra biləcəyini başa düşüb. Elə həmin il “Raytheon Corporation” mikrodalğalı sobanı patentləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4089
avatar

Oxşar yazılar