Milyonların arzusu olan və inanılmaz qiymətə satılan “Mercedes G-Class” ailəsinə yeni mini versiya əlavə olunur.
Lent.az xəbər verir ki, bir çox insanın “G-Class” xəyalları gerçəkləşə bilər.
“Mercedes-Benz” şirkəti “G-Class” almağa gücü çatmayan bir çox insanın xəyalını gerçəkləşdirmək üçün modelin mini versiyasını istehsal etmək qərarına gəlib.
Yeni mini “G-Class” avtomobilinin yaxın iki il ərzində istehsal ediləcəyi bildirilir.
Münhen avtosalonunda çıxış edən “Mercedes”in baş direktoru Ola Källenius bildirib ki, sınaq prototipləri çox yaxında yollarda görünməyə başlayacaq.