Köhnə iPhoneni necə sürətləndirmək  olar? - 2 sadə addım
13 noyabr 2025 18:10 (UTC +04:00)

Köhnə iPhoneni necə sürətləndirmək olar? - 2 sadə addım

0

iPhoneniz ləng işləməyə başlayıbsa onu dərhal dəyişməyə tələsməyin. Çox vaxt problem yaddaşın dolması və keşin yığılması ilə bağlı olur. Zaman keçdikcə bütün smartfonlar, o cümlədən Apple iPhone, daha yavaş işləməyə başlayır. Bu, xüsusilə batareya və yaddaşın təbii şəkildə köhnəlməsi ilə bağlı normal prosesdir. Amma bəzən sadə üsullar cihazı xeyli canlandırır.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, əgər cihazınızla vidalaşmağa hazır deyilsinizsə, BGR mütəxəssisləri onu daha sürətli və rahat işlətmək üçün bir neçə məsləhət hazırlayıblar.

Addım 1. Telefon yaddaşını təmizləyin

“Parametrlər - Ümumi - iPhone yaddaşı” bölməsinə keçin. Sistem tərəfindən təklif olunan tövsiyələrə baxın: istifadə olunmayan tətbiqləri, köhnə ekran görüntülərini və ya yüklənmiş filmləri silin. Əgər hər hansı tətbiqdən son 12 ayda istifadə etməmisinizsə çox güman ki, o sizə lazım deyil.

“Foto” tətbiqində “Kolleksiyalar - Dublikatlar” bölməsinə keçə bilərsiniz. Sistem avtomatik olaraq təkrarlanan şəkilləri aşkarlayır və onları birləşdirməyi təklif edir. Bu əməliyyat yaddaşı boşaldır və telefonun daha sürətli işləməsinə kömək edir. Yaddaşın boşaldılması sistemə düşən yükü azaldır və cihazın sürətini artırır.

Addım 2. Keşi və fon tətbiqlərini təmizləyin

Brauzerlər (Safari, Chrome) və messencerlər (Telegram, WhatsApp) çoxlu müvəqqəti məlumat toplayır və bu, cihazı ləngidə bilər.

Safarinin keşini təmizləmək üçün: “Parametrlər - Safari” bölməsinə keçin və “Tarix və verilənləri sil” düyməsinə basın.

Telegram istifadə edirsinizsə, messenceri açın və “Parametrlər - Məlumat və yaddaş - Yaddaşdan istifadə

Telegram keşini təmizlə” ardıcıllığını yerinə yetirin.

Fon tətbiqlərini də yoxlayın: ekranı yuxarı sürüşdürərək açıq tətbiqlərin siyahısını açın və uzun müddət istifadə etmədiklərinizi bağlayın. Eyni qaydada brauzerdəki artıq səhifələri də bağlamaq lazımdır.

Bu iki addımı yaddaşın boşaldılması və fon proseslərinə nəzarəti yerinə yetirdikdən sonra telefonun sürətində nəzərəçarpacaq yaxşılaşma görəcəksiniz. Əgər buna baxmayaraq cihaz yenə də ləng işləyirsə, problem batareyanın köhnəlməsi və ya aparat hissəsinin zəifləməsi ilə bağlı ola bilər. Bu halda cihazın dəyişdirilməsi barədə düşünmək lazımdır.
 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar