İctimai yerlərdə “iPhone” istifadəçiləri “Wi-Fi”dan istifadə edərkən diqqətli olmalıdır.
Lent.az xəbər verir ki, bunun üçün üç sadə yol var.
Birincisi, saxta şəbəkələrə qoşulmanın qarşısını almaq üçün avtomatik “Wi-Fi” bağlantısını bağlayın.
İkincisi, “iPhone”un eyni şəbəkədə heç kimlə paylaşılmaması üçün “Airdrop”u söndürün.
Üçüncüsü, internet yüklənməsini şifrələmək, IP ünvanınızı gizlətmək və hakerlərin məlumatlarınızı ələ keçirməsini çətinləşdirmək üçün “VPN”dən istifadə edin.