Samsung “Galaxy S25 Ultra”nın yeni şəkilləri mətbuata sızdırılıb.
Lent.az xəbər verir ki, Samsungun maraqla gözlənilən yeni flaqmanı “Galaxy S25 Ultra” yenidən sızma mövzusu ilə gündəmə gəlib.
Sızdırılan şəkillər cihazın dizaynı və One UI 7 yeniləməsinin necə görünəcəyi haqqında daha çox məlumat təqdim edir.
Yeni sızan fotoşəkillərdə USB-C portu, SIM yuvası, dinamik və “S Pen”qələmi kimi təfərrüatları aydın görünüb.
Qələm əvvəlki modellərlə eyni vəziyyətdə, ekranın aşağı sol küncündə görünür.
Şəkillər həmçinin Samsungun bu modeldə daha yuvarlaq kənarlı dizaynı seçdiyini təsdiqləyir.