“Facebook” gələn həftə şirkətin adını dəyişdirmək istəyir.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, “Facebook”un bununla bağlı planlarını oktyabrın 28-i keçiriləcək konfransda elan edəcəyi gözlənilir.
Facebook-un yeni adı "metakainat" konsepsiyasına uyğun olacaq.
Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi 2004-cü ilin fevralında 19 yaşlı amerikalı tələbə Mark Sukerberq tərəfindən yaradılıb.