Ən yaxşı “iPhone” və “iPad” modelləri – SİYAHI
05 iyun 2023 17:07 (UTC +04:00)

Ən yaxşı “iPhone” və “iPad” modelləri – SİYAHI

“Apple” şirkətinin ən yaxşı smartfon və planşetlərinin may reytinqi təqdim edilib. 

Lent.az xəbər verir ki, bu reytinq cihazların real istifadəçi rəyləri əsaslanır.

Reytinqdə birinci yeri 2016-cı ilin “iPhone SE” smartfonu tutub. Bu cihaz 97,9 faiz müsbət rəylərə malikdir. İkinci yerdə 97,7 faiz müsbət rəylə “iPad Air 4”, üçüncü yerdə isə 97,1 faiz müsbət rəylə “iPhone 6s Plus” qərarlaşıb.

Reytinqə “iPhone 6s” (96,7 faiz), “iPad Pro” ikinci nəsil (96,6 faiz), “iPhone 12 mini” (95,9 faiz), “iPhone 7” (95,8 faiz), ikinci nəsil “iPhone SE” (95,1 faiz) və dördüncü nəsil “iPad Pro 11” (94,8 faiz) də aiddir. 

Qeyd edək ki, reytinq Çində mayın 1-dən 31-dək olan rəylərə əsaslanaraq hesablanıb və reytinqdə digər ölkələrdən olan istifadəçilərin rəyi nəzərə alınmayıb.

Maraqlısı ondadır ki, “iPhone 12 mini” istifadəçilər tərəfindən ən yüksək qiymətləndirilən müasir “Apple” smartfonu olub.

“iPhone 13 mini” də dünyada çox populyardır. Amma istifadəçilərin hər iki cihazı çox bəyənməsinə baxmayaraq, “Apple” nədənsə 2022-ci ildə mini modellərin istehsalından imtina edib.

Qeyd edək ki, 2023-cü ilin mart ayı üçün “Apple”dan ən güclü cihaz “Apple M2” bazasında 12,9 düymlük “iPad Pro 6” planşeti seçilib. Maraqlıdır ki, o, bu istehsalçının ən populyar cihazlarının reytinqinə belə daxil olmayıb.
 

# 2889
avatar

Sevinc Fərid

Oxşar yazılar