Dünyanın ilk günəş enerjisi ilə işləyən elektrikli velosipedi  təqdim olundu
27 iyun 2026 00:40 (UTC +04:00)

Dünyanın ilk günəş enerjisi ilə işləyən elektrikli velosipedi təqdim olundu

0

“Phosgo” şirkəti dünyanın ilk seriya istehsalı olan günəş enerjili elektrikli velosipedi “Go 5 Ultra” modelini təqdim edib.

Lent.az xəbər verir ki, təkərlərinin disklərinə inteqrasiya edilmiş yüksək səmərəli günəş panelləri sayəsində velosiped ənənəvi enerji doldurma ehtiyacını əhəmiyyətli dərəcədə azaldır və tam enerji ilə 193 kilometrədək yürüş məsafəsi təklif edir.

ABŞ bazarı üçün nəzərdə tutulan versiya 750 vattlıq Bafang mühərriki ilə təchiz olunub və maksimal 45 km/saat sürət yığa bilir. Avropa İttifaqı versiyası isə yerli qaydalara uyğun olaraq 25 km/saat maksimal sürətə malikdir.

Təxminən 36 kiloqram çəkisi olan “Go 5 Ultra” oğurluğa qarşı siqnalizasiya, uzaqdan kilidləmə, yıxılma aşkarlama sistemi, süni intellekt dəstəkli səsli köməkçi, GPS, 4G və “Bluetooth” bağlantısı kimi funksiyalarla təchiz edilib.

Velosipedin 27 iyul tarixindən etibarən 6 min ABŞ dolları qiymətinə satışa çıxarılması planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar