Dünyanın ən sürətli elektrik nəqliyyatı  AÇIQLANDI
24 noyabr 2021 19:57 (UTC +04:00)

Dünyanın ən sürətli elektrik nəqliyyatı AÇIQLANDI

Rolls-Royce təyyarəsinin dünyanın ən sürətli elektrik nəqliyyatı olduğu ortaya çıxıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, şirkətdən bildirilib ki, son uçuş sınaqlarından sonra onların Spirit of Innovation təyyarəsini dünyanın ən sürətli elektrik nəqliyyatı adlandırmaq olar.

Təyyarə saatda 623 kilometr sürət yığa bilib.

Şirkət həmçinin bildirib ki, Spirit of Innovation daha iki dünya rekordu vurub. Təyyarənin sürəti  üç kilometr məsafədə saatda 555,9 kilometrə çatıb. Təyyarə həmçinin 202 saniyədə 3000 metrdən yuxarı hündürlüyə qalxaraq, əvvəlki dünya rekordunu 60 saniyə yeniləyib.

Spirit of Innovation 400 kilovatlıq elektrik mühərriki ilə təchiz edilib. Rolls-Royce mühəndisləri qeyd edirlər ki, o, aerokosmik sənayedə indiyə qədər yaradılmış ən güclü akkumulyatorla təchiz olunub.


 

# 2550
avatar

Oxşar yazılar