ChatGPT  problemi həll edə bilmədi: Alimlər yeni proqram elan etdilər
07 oktyabr 2025 14:34 (UTC +04:00)

ChatGPT problemi həll edə bilmədi: Alimlər yeni proqram elan etdilər

0

Alimlər süni intellektin işində növbəti problemi müəyyən ediblər. Bu, ChatGPT ilə aparılan eksperiment çərçivəsində baş verib.Proses zamanı alqoritmdən qədim bir riyazi tapşırığı həll etmək tələb olunub, kvadratın sahəsini iki dəfə artırmaq. Bu məsələ hələ eramızdan əvvəl 385-ci ildə Platon tərəfindən təsvir olunmuşdu.

Lent.az xarici mediaya istinadla xəbər verir ki,pşırığa görə, AI yeni kvadrat qurmalı idi. Onun tərəfi ilkin kvadratın diaqonalına bərabər olmalı idi. Lakin alimlər əvvəlcədən qeyd edirdilər ki, ChatGPT mətnlər üzərində öyrədildiyi üçün belə geometriya tipli məsələni həll etmək ehtimalı çox aşağıdır.

Bununla belə, Çat-bot məntiqli izah verdi və tapşırığı yerinə yetirdi. Bundan sonra alimlər məsələni mürəkkəbləşdirdilər: bu dəfə AI-dən düzbucaqlının sahəsini ikiqat artırmağı istədilər.

“İnsan kimi” cavab

Bu dəfə ChatGPT cavab verdi ki, geometriya baxımından bu mümkün deyil, baxmayaraq ki, məsələnin həlli var. Alimlərin fikrincə, həmin anda AI doğru cavab vermədi, lakin insan təfəkkürünə çox oxşar davranış sərgilədi, sanki şagird hipotez irəli sürür, amma hələ düzgün nəticəyə gəlmir.

“Qara qutu” problemi

Eksperimentdə iştirak edən Kembric Universiteti və İerusalim Yəhudi Universitetinin mütəxəssisləri bildiriblər ki, əgər AI düzgün cavab verə bilsəydi, deməli, riyazi qabiliyyətlər doğuşdan yox, sonradan qazanılmış keyfiyyət hesab edilə bilərdi.

Lakin alimlər hələ də müasir neyron şəbəkələrin əsl “düşünmə” qabiliyyətini qəbul etmirlər. Onlar bunu “qara qutu” problemi adlandırırlar: nəticə var, amma onun hansı üsulla əldə olunduğu aydın deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar