ChatGPT ilə kobud danışanda  suallara dəha dəqiq cavab  verirmiş
22 yanvar 2026 19:20 (UTC +04:00)

ChatGPT ilə kobud danışanda suallara dəha dəqiq cavab verirmiş

0

Pensilvaniya Universitetinin alimləri ChatGPT-nin (4o modeli) davranışını analiz edərək maraqlı bir qanunauyğunluq aşkar ediblər. İstifadəçi sorğunu nə qədər kobud formada yazırsa, alınan cavablar bir o qədər dəqiq olur.

Lent.az xəbər verir ki, alimlər müxtəlif mövzuları əhatə edən 50 sualdan ibarət xüsusi test toplusu hazırlayıblar.

Hər sual 5 fərqli üslubda yenidən yazılıb, “çox nəzakətli” formadan tutmuş “çox kobud” ifadələrə qədər.

Kobud sorğulara nümunə kimi “Ay, bunu həll elə” kimi ifadələr göstərilib. Nəzakətli variantlar isə “Zəhmət olmasa, kömək et…” kimi başlayıb.

Aparılan testlər zamanı 50 seçimli sual üzrə kobud sorğuların orta dəqiqliyi 84,8 faiz olub. Nəzakətli sorğularda bu göstərici təxminən 80 faizə çatıb, ən “nəzakətli” variantlarda isə 75,8 faiz təşkil edib. Tədqiqatçıların sözlərinə görə, hətta 4 faiz bəndi fərq belə statistik baxımdan əhəmiyyətli sayılır.

Alimlər bunu dil modellərinin xüsusiyyətləri ilə izah edirlər. Bildirilir ki, bu cür sistemlər istifadəçinin tonunu və niyyətini hiss edə bilir və bu da cavabın dəqiqliyinə və dolğunluğuna təsir edir. Başqa sözlə, ChatGPT sərt və konkret göstəriş hiss etdikdə, adi xahiş formasına nisbətən daha effektiv işləyir.

Pensilvaniya Universitetinin professoru Axil Kumar qeyd edib ki, sorğunun ifadə tərzindəki kiçik dəyişiklik belə nəticəyə ciddi təsir göstərə bilər.

Bununla belə, tədqiqat müəllifləri “effektiv kobudluğun” mənfi tərəfləri barədə də xəbərdarlıq edirlər. Onların fikrincə, maşınlarla aqressiv danışmaq vərdişi zamanla insanlarla ünsiyyətə də keçə bilər. Bu isə kobudluğu normallaşdıraraq dialoq mədəniyyətini zəiflədə bilər.

Alimlər hesab edirlər ki, süni intellektlə kobud ünsiyyətin artması uzun müddətdə rəqəmsal mühiti daha az dostyana və daha az inklüziv hala gətirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar