Bu proqramları DƏRHAL SİLİN! - Pulunuz oğurlanır...
29 iyul 2022 16:23 (UTC +04:00)

Bu proqramları DƏRHAL SİLİN! - Pulunuz oğurlanır...

Təhlükəsizlik tədqiqatçısı “Android əməliyyat sistemi” ilə işləyən telefonları hədəf alan proqramlar aşkar edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Google Play Store”da ən azı 8 proqramda aşkarlanan “Autolycos” adlı zərərli proqram istifadəçilərə maddi ziyan vurur.

Bu proqram yükləyən insanları pullu xidmətlərə daxil etməyə başlayır. İlk dəfə 2021-ci ildə kəşf edilən “Autolycos”un Google tərəfindən yoxlanılması və zərərli olması təxminən altı ay çəkdi.

Bu proqramdan istifadə edən şəxslərin hesabında davamlı olaraq pul çıxılır.

Təhlükəsizlik mütəxəssisləri həm telefonunuzu, həm də pulunuzu qorumaq üçün aşağıdakı proqramları dərhal silməyi tövsiyə edir:

Razer Keyboard & Theme - 10.000+ yükləmə

Vlog Star Video Editor - 1.000.000+ endirmə

Funny Kamera - 500.000+ yükləmə

Coco Camera - 1000+ endirmə

Creative 3D Launcher - 1.000.000+ yükləmə

Qeyd edək ki, 8 proqram 3 milyon dəfədən çox yüklənib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4605
avatar

Fidan İlqar

Oxşar yazılar