Montana ştatının ərazisində TikTok-un tamamilə qadağan edilməsi ilə bağlı qərarı qəbul etmiş qubernator Greg Gianforte həmçinin Telegram ilə WeChat messencerlərində də böyük risklər görür.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən də qubernator dövlət xidmətində olan cihazlara bu tətbiqlərin quraşdırlmasını qadağan edib. Potensial təhlükəyə sahib tətbiqlər siyahısına qubernator üstəlik CapCut-ı və ByteDance şirkətinə məxsus olan Lemon8-i əlavə edib. Görünür, Greg Gianforte-ni Çin şirkətləri tərəfindən yaradılan tətbiqlər narahat edirlər. Bu məsələdə istisna kimi Telegram çıxış edir.
Belə ki, sözügedən messencer Pavel Durov tərəfindən yaradılıb və onun baş ofisi Dubayda yerləşir. Qubernatorun sözlərinə əsasən Rusiya hökuməti Telegram vasitəsilə istifadəçiləri monitorinq və onların konfidensial məlumatlarını əldə edir. Greg Gianforte-nin qəbul etmiş olduğu yeni qərar 1 iyun tarixindən qüvvəyə minəcək. Beləliklə adları sadalanmış tətbiqlərin dövlət tərəfindən təqdim edilmiş smartfonlara, noutbuklara, planşetlərə, stoiüstü kompüterlərə və internetə qoşulma imkanına sahib digər cihazlara quraşdırılması qadağan edilir.