Bu ölkədə şirkətlər artıq bəzi işçilərini ChatGPT ilə əvəz edir
28 fevral 2023 17:13 (UTC +04:00)

Bu ölkədə şirkətlər artıq bəzi işçilərini ChatGPT ilə əvəz edir

Keçən ilin noyabr ayında OpenAI şirkəti tərəfindən təqdim edilmiş və daha sonra adi istifadəçilər üçün istifadəyə verilmiş süni zəka əsaslı ChatGPT çat-botu ABŞ-dakı bəzi şirkətlərdə işçilərin işlərinin minimum yarısını öz üzərinə götürüb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu yeni texnologiyanı istifadə edən və ya istifadə etməyi planlaşdıran 1000-ə yaxın işəgötürən arasında sorğu keçirtmiş ResumeBuilder adlı saytın təqdim etmiş olduğu məlumata əsasən təqribi olaraq şirkətlərin yarısında ChatGPT bəzi tapşırıqların yerinə yetirilməsi məsələsində şirkət əməkdaşlarını əvəz edib.

ResumeBuilder saytı bildirib ki, şirkət əməkdaşları bu texnologiyanın gələcəkdə onların iş proseslərinə necə təsir göstərə biləcəyi barəsində düşünməyə başlamalıdırlar. Müxtəlif şirkətlərin rəhbərləri arasında keçirilmiş sorğu onu göstərib ki, işəgötürənlər bəzi iş tapşırıqlarının yerinə yetirilməsi prosesinin optimizasiyası üçün ChatGPT-dan istifadə etməyi planlaşdırırlar. Aparılmış sorğunun nəticələrinə əsasən şirkətlərin 66%-i ChatGPT-dan proqram təminatı kodunun yazılmasında, 58%-i copywriter-lərin əvəzlənməsində, 57%-i müştərilərin dəstək servislərində, 52%-i isə müxtəlif növ sənədlərin tərtib edilməsində istifadə edir.

Şirkətlərin 77%-i işə götürmə prosesi çərçivəsində boş vakansiyaların təsvirlərinin tərtib edilməsində ChatGPT-dan istifadə edir. Əlavə olaraq şirkətlərin 66%-i bu çat-botdan müsahibəyə dəvətlərin tərtib olunmasında, 65%-i iş axtaranların sorğularına cavabların verilməsində istifadə edir. Nəticədə ChatGPT müxtəlif şirkətlərin rəhbərlərinin diqqətlərini öz üzərinə çəkə bilib. Şirkətlərin rəhbərlərinin 55%-i çat-botun işini əla, 34%-i isə çox yaxşı hesab edir. Həmçinin məlum olub ki, ChatGPT-dən istifadə edən şirkətlər müəyyən məbləğdə vəsaitə də qənaət edə biliblər. Məsələn, çat-botdan istifadə edən şirkətlərin 48%-i 50 000$, 11%-i isə 100 000$ vəsait qənaət edə bilib. 

# 2298
avatar

Cavidan HUN

Oxşar yazılar