Avropada  ən çox alınan   avtomobillər - SİYAHI
24 yanvar 2025 13:41 (UTC +04:00)

Avropada ən çox alınan avtomobillər - SİYAHI

Keçən ilin nəticələrinə əsasən, Dacia Sandero Avropada ən çox satılan avtomobil titulunu bərpa edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, əvvəllər bu titul kompakt elektrik krossoveri “Tesla Model Y”ə məxsus idi. Qeyd edək ki, sonuncu qlobal bazarda əla göstəricilər nümayiş etdirir. İlin sonuna olan məlumata görə, model populyarlıq baxımından, avtomobil bazarında klassik “Toyota Corolla”dan sonra ikinci olub.

Məlumata görə, 2024-cü ildə Avropa bazarlarında 309 392 Dacia Sandero avtomobili satılıb. Bu, 2023-cü illə müqayisədə 14,5 faiz çoxdur.

Sandero, həmçinin 2017-ci ildən bəri tutduğu mövqedə şəxsi satışlar baxımından Avropada ən çox satılan avtomobil ünvanını qoruyub saxlayır. Ümumilikdə, Dacia 2024-cü ildə 676 340 avtomobil satıb ki, bu da ötən illə müqayisədə təxminən 3 faiz çoxdur.

Dacia Sandero (həmçinin Renault Sandero kimi tanınır) Renault Logan şassisi üzərində qurulmuş beş qapılı B seqmentli hetçbekdir. Ancaq rəsmi olaraq avtomobil məşhur ailənin bir hissəsi deyil.

"Sandero"nun üçüncü nəsli 2020-ci ilin sentyabrında təqdim edildi. Dacia özü Renault qrupunun törəmə müəssisəsi olan Rumıniya avtomobil istehsalçısıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164
avatar

Oxşar yazılar