“Apple”ın İndiyə qədər ən böyük “iPhone” batareyasına  sahib ilk qatlanan telefonu
03 fevral 2026 03:47 (UTC +04:00)

“Apple”ın İndiyə qədər ən böyük “iPhone” batareyasına sahib ilk qatlanan telefonu

0

Texnologiya dünyasında uzun müddətdir müzakirə olunan “Apple”ın ilk qatlanabilən smartfonu, nəhəng batareya tutumu ilə təchiz olunacaq.

Lent.az xəbər verir ki, sızdırılan məlumatlara görə, yeni cihaz istifadəçilərə “Apple” ekosistemində indiyə qədər görülən ən yüksək batareya tutumu təklif edəcək.

5500 mAh-dan böyük batareya ilə gələcəyi bildirilən model, 5088 mAh tutumu ilə hazırkı rekorun sahibi “iPhone 17 Pro Max”ı geridə qoyacaq.

Bu nəhəng enerji mənbəyi, “Google Pixel 10 Pro Fold” və “Samsung Galaxy Z Fold7” kimi rəqiblərin təklif etdiyi tutumlardan daha yüksək tutum vəd edir.

Bu ilin sonlarında “iPhone 18” seriyası ilə birlikdə təqdim edilməsi gözlənilən cihazın 7,8 düymlük daxili ekrana və 5,5 düymlük xarici ekrana sahib olduğu deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar