Almaq üçün ən yaxşı  "iPhone” telefonu
18 dekabr 2023 12:29 (UTC +04:00)

Almaq üçün ən yaxşı "iPhone” telefonu

Mütəxəssislər hazırda almaq üçün ən yaxşı “iPhone” telefonunu açıqlayıb. 

Lent.az xəbər verir ki, istifadəçilər üçün məsləhət görülən ən ideal “Apple” smartfonu  “iPhone 14” seçilib. 

Bildirilir ki, sözügedən telefon həm kompakt ölçüləri, həm də texniki xüsusiyyətləri ilə rəqiblərini geridə qoyub. 

2022-ci ildə buraxılan model 6,1 düymlük OLED displey, 6 giqabayt operativ yaddaş, 128 giqabayt daxili yaddaş, hər biri 12 meqapiksel təsvir ölçülü linzalı ikili kamera, nəmdən qorunma və “Face ID”a malikdir. Həmçinin“Apple” smartfonu müasir “A15 Bionic” prosessoruna sahibdir. 

Qeyd edək ki, qiymət baxımından da "iPhone 14" yeni "Apple" telefonlarından sərfəlidir. 

# 5265
avatar

Sevinc Fərid

Oxşar yazılar