215 milyon kilometr məsafədən texnikanın tozunu necə təmizləmək olar?
17 yanvar 2022 07:31 (UTC +04:00)

215 milyon kilometr məsafədən texnikanın tozunu necə təmizləmək olar?

ABŞ aerokosmik agentliyi NASA-nın “Perseverance” robotu Mars planetində problemlə üzləşib.

Lent.az-ın xəbərinə görə, bir neçə gün əvvəl sistemə qum düşdüyü üçün robot yerə proqramlaşdırılmış kimi hərəkət edib: bütün fəaliyyətini dayandırıb və Yerə sorğu göndərib.

Yerlə Mars arasında məsafə böyük olduğu üçün informasiyanı qəbul edib cavablandırmaq 1 həftə çəkib. Qırmızı planetdən göndərilən şəkildə cihazın korpusuna daş parçası düşdüyü görünür. Hazırda NASA mütəxəssisləri daşı və tozu təmizləmək üçün çarı axtarırlar. 

Qeyd edək ki, cihaz hazırda yerdən 215 milyon kilometr uzaqdadır. 
 

# 1989
avatar

Oxşar yazılar