Bakıda daha bir yolda sürət həddi endirilib.
Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd olunub ki, noyabrın 15-dən paytaxtın Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib. Həmin yol sahəsində hazırda müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.
Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş olunur.