Zaqatalada 53 yaşlı kişi göbələkdən zəhərlənərək ölüb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Höytala kənd sakini, 53 yaşlı Kərəm Hacıxan oğlu İmranov ötən gün göbələk zəhərlənməsi diaqnozu ilə müalicə aldığı Bakıdakı Kliniki Tibbi Mərkəzində dünyasını dəyişib.
K. İmranov kəskin göbələk zəhərlənməsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) Kliniki Tibbi Mərkəzə göndərilmişdi.