Yeni müdafiə sənayesi naziri kimdir? - DOSYE
18 noyabr 2023 10:19 (UTC +04:00)

Yeni müdafiə sənayesi naziri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi dövlət başçısının sərəncamı ilə Müdafiə Sənayesi nazirinin müavini Vüqar Mustafayev həmin quruma nazir təyin edilib.

Lent.az onun dosyesini təqdim edir:

Vüqar Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə — Menecment ixtisasına daxil olub. 2008-ci ildə oranı fərqlənmə ilə bitirib. 2010 – 2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr proqramı üzrə məzun olub.

O, 2016-cı ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı "Certified İnternal Auditor (CİA)" – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə edib və 2020-ci ildən beynəlxalq "İBM Data Science Specialization" – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətdə olub.

Vüqar Mustafayev bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

2009 – 2012-ci illərdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkəti "Ernst & Young CIS B. V" şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru vəzifəsini icra edib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb. 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub. 2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərib. 2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14328
avatar

Oxşar yazılar