ABŞ-ın Miçiqan Universitetinin alimləri insanlar yaşlandıqca vaxtın niyə sanki daha sürətli keçməyə başladığını öyrəniblər.
Lent.az mediaya istinadən xəbər verir ki, onların nəzəriyyəsinə görə, bu illüziya həyatda daha az yaddaqalan hadisələrlə əlaqəlidir.
Psixologiya professoru Sindi Lastiq izah edir ki, böyüklərdə həyat vacib işlər ətrafında cəmləşib. Onlar üçün əhəmiyyətli və maraqlı hadisələr daha azdır. Üsttəgəl, uşaqlıq dövründə bir insanın həyat təcrübəsi əhəmiyyətli dərəcədə az olur.