"Ya sərt karantin olacaq, ya da ..." - İnfeksionist -YENİLƏNİB
13 avqust 2021 14:45 (UTC +04:00)

"Ya sərt karantin olacaq, ya da ..." - İnfeksionist-YENİLƏNİB

“Yoluxma statistikasının göstəricilərinin artması bizi ciddi sürətdə narahat edir. Bu bir il öncəkindən daha təhlükəli vəziyyətdir”.

Lent.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Natiq Əliyev ölkədə COVID-19 -un epidemioloji vəziyyəti ilə bağlı verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, ötən illə müqayisədə bu il virusdan qorunma şansımız daha yüksəkdir:

“Səbəb olaraq onu deyə bilərəm ki, bu gün ən effektli çıxış yolu olan peyvəndin əlimizdə olmasına baxmayaraq insanların peyvəndlənməyə marağının az olması və laqeyd yanaşmalarıdır. Bunun da öz səbəbi var. Belə ki, insanlar arasında peyvənd haqqında yalnış fikirlər yayılır. Amma unutmamalıyıq ki, peyvənd bizi ölümdən, xəstəliyi ağır keçirməkdən və virusun daha çox yayılmasından qoruyur”.

Həkim-infeksionisti Natiq Əliyev bildirib ki, bu vəziyyətlə bağlı iki seçimdən biri olacaq:

“Ya sərt karantin qaydaları yenidən tətbiq olunacaq, ya da hamı bir nəfər kimi peyvənd olunacaq. Əslində biz ikinci seçimə üstünlük verməliyik. Ona görə ki, karantin müəyyən bir müddəti əhatə edir, amma peyvənd insanları virusdan uzun müddətli olaraq qoruyur. Hər kəsin peyvənd olmasını şiddətlə tövsiyyə edirik”.  

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Natiq Əliyev 

Qeyd edək ki, Azərbaycanın dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlayıb və ÜST Azərbaycanı COVID-19-la mübarizədə nümunəvi ölkə kimi göstərib. Hazırda ölkədə 17 602 aktiv koronavirus xəstəsi var. Bu günə qədər Azərbaycanda 359 732 nəfər COVID-19-a yoluxub, 337 021 nəfər isə sağalıb. Ümumilikdə xəstəlikdən ölüm sayı 5 109 təşkil edir. Həmçinin bu günə qədər vətəndaşlara 5 418 243 doza vaksin vurulub.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Eləcə də yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID-19 pasportunun olması tələb ediləcək. Bundan başqa, yaşı 18-dən yuxarı olan şəxslərin qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6741
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar