Bu gün Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi paytaxt yollarında təhlükəsiz və intizamlı avtomobil idarə edən qadın sürücüləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Lent.az xəbər verir ki, səhər saatlarından başlayaraq, paytaxtın müxtəlif küçə və prospektlərində yol polisi əməkdaşları tərəfindən təşkil olunan reydlərdə saxlanılan qadın sürücülərə müxtəlif hədiyyələr təqdim edilib. Əsasən il ərzində qaydalara düzgün əməl edən, kobud inzibati xəta törətməyən xanım sürücülərə üstünlük verilib. Reyd zamanı qayda pozuntusuna görə saxlanılan xanımlara bayramla əlaqədar olaraq, güzəştlər olunub, yol verilən qayda pozuntuları ilə bağlı qanunvericiliyin tələbləri izah olunub. Xanım sürücülərə təqdim edilən hədiyyələr əvvəldən müəyyənləşdirilib. Xüsusilə paytaxt yollarında təhlükəsiz və intizamlı avtomobil idarə edən sürücü xanımlara 1 ədəd qızılgül bağlaması, müxtəlif əşyalarlarla yanaşı, pulsuz yanacaq, avtoyuma və sığorta kartları hədiyyə olunub.