Yevlax məktəbliləri GMO məhsulları üzrə maarifləndirilib
23 may 2016 11:17 (UTC +04:00)

Yevlax məktəbliləri GMO məhsulları üzrə maarifləndirilib

0

 

 

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qida təhlükəsizliyi: Genetik modifikasiya olunmuş məhsullar  insan sağlamlığı üçün təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində növbəti  tədbir keçirib.

 

Layihə çərçivəsində mayın 21-də Yevlax Yevlax şəhər N. Gəncəvi adına 7 saylı tam orta məktəbində  tədbir keçirilib.  “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov layihə barədə məlumat verib. R. Cürənov bildirib ki, layihənin məqsədi Yevlax rayonunda orta məktəb şagirdlərini arasında qida təhlükəsizliyi və GMO məhsulların insan sağlamlığına yaratdığı təhlükələr barədə məlumatlandırmaqdır. GMO məhsulların insan sağlamlığı üçün törətdiyi təhlükələr barədə söz açan “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri deyib ki, Azərbaycanda bu məhsulların istehsalı və idxalı qadağan edilib. Lakin bu məhsulların Azərbaycan bazarlarına yol tapmasının istisna edilmədiyini söyləyən R. Cürənov şagirdlərin GMO məhsullar barədə məlumatlı olmasını zəruri sayıb.

 

Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.  R. Cürənov şagirdləri “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin layihə çərçivəsində təşkil ediləcək GMO məhsulların insan sağlamlığına yaratdığı təhlükələr barədə inşa müsabiqəsində fəal iştirak etməyə dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar