Yeni yaradılan universitet Təhsil Nazirliyinin tabeliyinə verildi
11 oktyabr 2015 10:11 (UTC +04:00)

Yeni yaradılan universitet Təhsil Nazirliyinin tabeliyinə verildi

0

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar verib.

Lent.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki,“Mingəçevir Dövlət Universitetinin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyul tarixli 1335 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıb:

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ali təhsil müəssisələri” bölməsinin 20-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“20. Mingəçevir Dövlət Universiteti”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar