Multikulturalizm Mərkəzinin yay məktəbi davam edir
22 iyul 2015 14:53 (UTC +04:00)

Multikulturalizm Mərkəzinin yay məktəbi davam edir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbi layihəsinə start verilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən Lent.az-a verilən məlumata görə, iyulun 21-dən fəaliyyətə başlayan yay məktəbi avqustun 1-dək davam edəcək. Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin ideyası və təşəbbüsü ilə keçirilən yay məktəbinə 8 xarici və 7 yerli universitetlərin tələbələri ilə yanaşı, azərbaycanlı və avropalı tanınmış elm adamları da qatılacaq.

 

Belarus Dövlət və Linqvistik universitetləri, Çexiyanın Praqa Karlov və Masarik universitetləri, Litvanın Pedaqojivə Vytautas Maqnus universitetləri, Tiflis Dövlət Universiteti, Rusiyanın Ural Federal Universiteti və Rus Dili Dövlət İnstitutu, İtaliyanın La Sapienza və Neapol universitetləri, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Türkiyənin Ardahan və Sakarya universitetləri, Azərbaycan Diplomatiya Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Ali Neft Məktəbinin bütövlükdə 70 tələbəsinin qatılacağı yay məktəbində yerli və xarici alimlərin mühazirələri də dinləniləcək.

 

Onu da əlavə edək ki, bu gün Bakı Slavyan Universitetində qonaq olan yay məktəbinin üzvləri BSU-nun Azərbaycan Multikulturalizmi kafedrasının əməkdaşları ilə görüşüblər. Kafedranın rəhbəri, dosent Aytən Qəhrəman qonaqları salamlayaraq onlara universitetdə fəaliyyət göstərən Azərbaycan Multikulturalizmi kafedrası və burada tədris edilən Azərbaycan Multikulturalizmi fənni barədə ətraflı məlumat verib.

Görüşdə BSU-nun Tədris şöbəsinin müdiri Məmmədtağı Rzayev, Azərbaycan Multikulturalizmi kafedrasının dosentləri Rauf Hacı, Ziya Səmədli, müəllim Maya Cəfərquliyeva Azərbaycanda və dünyanın bir sıra tanınmış ali təhsil ocaqlarında tədris edilən Azərbaycan Multikulturalizmi fənni və multikulturalizmin inkişafı istiqamətində görülən işlərdən danışıblar.

 

Bakı Slavyan Universiteti ilə tanışlıq çərçivəsində yay məktəbinin üzvləri universitetin Azərbaycan Multikulturalizmi kafedrası, Muzeyi, burada mövcud olan Çex, Polyak, Bolqar, Yunan. Rusiya, Ukrayna, Türkiyə, Belarus dil və mədəniyyət mərkəzləri ilə yaxından tanış olublar. Onlara mərkəzlərin çoxşaxəli fəaliyyəti, mövcud maddi-texniki baza, zəngin kitabaxana barədə geniş məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326
avatar

Oxşar yazılar