16 dərəcə isti olacaq - <span style="color:red;">Sabahın havası
19 noyabr 2015 12:26 (UTC +04:00)

16 dərəcə isti olacaq - Sabahın havası

Noyabrın 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 10-14 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən  yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman,  şərq rayonlarda yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 4-8 dərəcə, gündüz 11-16 dərəcə, dağlıq rayonlarda gecə 1-6 şaxta, gündüz  6-11dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Fərizə Əhmədova

Oxşar yazılar