APA-nın şimal bürosunun verdiyi məlumata görə, fiziki şəxlər – Xaçmaz rayon sakini Azər Həşimov və Ceyhun Səfərova məxsus çörək bişirmə sexlərində bir sıra qanun pozuntuları aşkar edilib.
Reyd zamanı müəssisələrdə qanunvericiliyin tələblərinə zidd olaraq istehsal olunan məhsul üçün müvafiq qaydada təsdiq olunmuş uyğunluq sertifikatlarının olmadığı, ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçmədən istifadə olunduğu aşkarlanıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti Xidməti tərəfindən həmin çörəkbişirmə sexlərinə protoktol tərtib olunub.
Hər iki müəssisəni 1500 manatdan 2000 manatadək cərimə gözləyir.