Kənd təsərrüfatı naziri İsmət Abasov iyulun 5-də Qax rayonunda Qax, Şəki, Zaqatala, Balakən və Oğuz rayonlarının sakinləri ilə görüşüb. Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərinin ortaq problemi olduğunu qeyd edib.
Vətəndaşlar eroziyaya uğramış qış və yay otlaq sahələrinin vergiyə cəlb edilməməsi, çayçılığın inkişafı üçün dövlət dəstəyi, yun emalı müəssisəsinin yaradılmasına dəstək, nazirliyin Bölgə Təcrübə Stansiyasının maddi texniki bazasının yenidən qurulması və bölgədə kənd təsərrüfatı məhsullarının istehsalının mütərəqqi üsullarla artırılması ilə bağlı təkliflərini səsləndiriblər.
Bölgədə meyvə-tərəvəz qəbulu məntəqəsinin, meyvə qurutma və emalı sexinin yaradılması kimi təkliflər də səsləndirilib.