Dövlət orqanlarında 107 vakant vəzifəyə namizəd axtarılır
09 fevral 2016 11:57 (UTC +04:00)

Dövlət orqanlarında 107 vakant vəzifəyə namizəd axtarılır

0

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən fevralın 9-dan 5 dövlət orqanında inzibati vəzifələrin beşinci təsnifatına uyğun olan 92 vakant vəzifənin tutulması üçün müsabiqə, 5 dövlət orqanında isə inzibati vəzifələrin beşinci və altıncı təsnifatlarına uyğun olan 15 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edilib.

 

 

DQMK-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 12-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 3-ü isə birinci instansiya məhkəmə orqanlarının aparatındadır.

 

Bildirək ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

 

Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar sənədlərini bu gündən martın 9-u saat 18.00-dək, ümumi müsahibədə iştirak edənlər isə fevralın 29-u saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar