"ASAN"dan uşaqları üçün "asanmektub"
13 noyabr 2015 11:56 (UTC +04:00)

"ASAN"dan uşaqları üçün "asanmektub"

“ASAN Könüllüləri” təşkilatı “ASAN Məktub” adlı yeni layihəyə start verib. Lent.az-ın məlumatına görə, layihənin məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətə qayğı hissini daha da artırmaqdır.

 

 “Uşaqlara ASAN sevgi” şüarı ilə sosial məsuliyyət hislərini aşılayan bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsi ilə əhalinin sosial cəhətdən həssas qruplarına aid uşaqların arzu və xəyallarını gerçəkləşdirəcək.

Layihə çərçivəsində 14 yaşadək sosial qayğıya ehtiyacı olan hər bir uşaq məktub yazacaq  və yazdıqları məktublara xeyirxah insanlar tərəfindən cavab tapmış olacaqlar.

 

Vətəndaşlar www.asanmektub.az səhifəsi vasitəsi ilə onların cavabını gözləyən məktubu seçməklə uşaqların sevincinə sevinc qata bilərlər. Prosesin asanlaşdırılması məqsədi ilə, seçilən məktuba cavab “ASAN qasid” kimi çıxış edən ASAN könüllüləri vasitəsi ilə təklif edilən ünvandan götürülərək uşaqlara çatdırılacaq və vətəndaşa e-poçt, yaxud da digər əlaqə vasitələri ilə hədiyyənin çatdırılmasını təsdiq edən fotoşəkil göndəriləcəkdir. 

 

Qeyd edək  ki, "ASAN Məktub”  layihəsi çərçivəsində müxtəlif rayonlarda yaşayan 200-dən çox uşağın arzusu artıq reallaşdırılıb.  

# 244
avatar

Oxşar yazılar

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

24 may 2024 , 17:12
 Leysan, dolu, qar    - HAVA XƏBƏRDARLIĞI

Leysan, dolu, qar - HAVA XƏBƏRDARLIĞI

24 may 2024 , 16:45
General zorakılığa məruz qalan uşaqlardan  DANIŞDI

General zorakılığa məruz qalan uşaqlardan DANIŞDI

24 may 2024 , 16:05
Həbsdə olan generalın yerinə TƏYİNAT

Həbsdə olan generalın yerinə TƏYİNAT

24 may 2024 , 15:57
Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

24 may 2024 , 15:16
İtaliyanın baş prokuroru Azərbaycana gəlib

İtaliyanın baş prokuroru Azərbaycana gəlib

24 may 2024 , 15:00
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

24 may 2024 , 14:43
ŞAD XƏBƏR:  Azərbaycanda gələn il  pensiyalar artacaq

ŞAD XƏBƏR: Azərbaycanda gələn il pensiyalar artacaq

24 may 2024 , 14:26