USAİD Azәrbaycandakı yeni rәhbәrini təqdim etdi
29 sentyabr 2015 00:58 (UTC +04:00)

USAİD Azәrbaycandakı yeni rәhbәrini təqdim etdi

0

Sentyabrın 28-də ABŞ-ın Azәrbaycandakı sәfirliyinin iqamәtgahında USAİD-in Azәrbaycana yeni tәyin olunmuş missiya rәhbәri Mikayela Merediç ictimaiyyәtә tәqdim olunub.

 

APA-nın nәlumatına görә, sәfir Robert Sekuta xanım Merediçin daha әvvәl Vaşinqtonda yüksәk rütbәli vәzifәlərdə çalışdığını,  8 il әrzindә USAİD-in strukturlarında çalışdığını bildirib: "M.Merediç burada ABŞ-ın uzunmüddәtli mәqsәdlәri üçün xidmәt edәcәk. Bunlar  həmçinin güclü, sabit, inkişaf edәn  Azәrbaycan naminә mәqsәdlәrdir".

 

Sәfir bildirib ki,  USAİD-in bu günədək Azәrbaycana 1,5 milyard ABŞ dolları həcmində yardım göstərib: "USAİD Azәrbaycan hökümәti ilә birlikdә "Azәrbaycan 2020: Gәlәcәyә baxış" konsepsiyasına dәstәyini göstәrir. Әldә  etdiyimiz nailiyyәtlәrdәn mәmnunuq".

 

Daha sonra çıxış edәn USAİD-in Azәrbaycana yeni tәyin olunmuş missiya rәhbәri Mikayela Merediç Azәrbaycanda olduğu 1 ay müddәtindә tәrəqqinin vә inkişafın şahidi olduğunu bildirib.  Onun sözlәrinә görә, Azәrbaycan gәnc ölkә olduğu üçün uzunmüddәtli inkişaf üçün demokratik, iqtisadi, sosial islahatlar önәm kәsb edir: "Bunlar hökumәtin "Azәrbaycan 2020: Gәlәcәyә baxış" konsepsiyasında әrz olunan meyarlardır. Biz Azәrbaycanın  davamlı irәlilәyiş әldә etmәsini görmәkdәn mәmnunuq. Bu nailiyyәtlәri davam  etdirmәk önәmlidir vә USAİD Azәrbaycan hökumәti ilә işlәmәyi davam etdirməyə hazırdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar