Uşağa qulluğa görə sosial məzuniyyətdə olanlara verilən müavinət artırılıb
23 avqust 2013 18:56 (UTC +04:00)

Uşağa qulluğa görə sosial məzuniyyətdə olanlara verilən müavinət artırılıb

Prezident İlham Əliyev uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla 2013-cü il sentyabrın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 30 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 15 manat miqdarında müəyyən edilib.
 

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1371
avatar

Oxşar yazılar